Şuşada 6-cı İƏT biznes-forumu keçiriləcək

Bakı, 30 iyun, ARHD.AZ




Şuşada 6-cı İƏT biznes-forumu keçiriləcək


İyulun 2-də Şuşa şəhərində İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Katibliyi və İƏT Ticarət və Sənaye Palataları Konfederasiyasının təşkilatçılığı ilə 6-cı İƏT biznes-forumu keçiriləcək.

İqtisadiyyat Nazirliyindən ARHD.AZ-a bildirilib ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə keçiriləcək “İƏT Həftəsi” çərçivəsində baş tutacaq.

Forumun keçirilməsində məqsəd İƏT regionunda investisiyalar və ticarətin təşviqi, işgüzar dairələr arasında əməkdaşlığın gücləndirilməsi və dayanıqlı iqtisadi inkişafın dəstəklənməsidir.

Tədbirdə ərzaq, kənd təsərrüfatı, tekstil, İKT, turizm, nəqliyyat və dairəvi iqtisadiyyat sektorlarında işbirliyinin şaxələndirilməsi imkanları, eləcə də digər məsələlər müzakirə olunacaq.

Tədbir çərçivəsində “biznes-dövlət” (B2G) “biznes-biznes” (B2B) formatlarında görüşlər təşkil ediləcək.

Baxış sayı: 5 614

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə