Astara, 28 iyun, ARHD.AZ




İran əsilli xarici vətəndaşların Azərbaycana təxliyəsi həyata keçirilib


Bir qrup İran əsilli xarici vətəndaş növbəti humanitar əməliyyat çərçivəsində Azərbaycan ərazisinə təxliyə olunub.

ARHD.AZ-ın bölgə müxbiri xəbər verir ki, təxliyə prosesi “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində beynəlxalq humanitar normalara uyğun şəkildə təşkil edilib. Vətəndaşlar sənədləşmə, sərhəd və tibbi yoxlamalardan keçdikdən sonra Azərbaycan ərazisinə təhlükəsiz şəkildə daxil olublar.

Təxliyə iştirakçıları onlara göstərilən diqqət, qayğı və qonaqpərvərlik üçün Azərbaycan dövlətinə və xalqına təşəkkürlərini bildiriblər. Həmin şəxslər üçün ayrılmış nəqliyyat vasitələri ilə Bakı istiqamətində hərəkət təmin olunub. Hazırda digər ölkə vətəndaşlarının da təxliyəsi davam etdirilir.

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.

Baxış sayı: 5 647

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə