Azərbaycan Voleybol Federasiyasının rəsmisi beynəlxalq təyinat alıb

Bakı, 27 iyun, ARHD.AZ




Azərbaycan Voleybol Federasiyasının rəsmisi beynəlxalq təyinat alıb


Azərbaycan Voleybol Federasiyasının (AVF) Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası tərəfindən kişi voleybolçular arasında Avropa Gümüş Liqasının oyunlarına təyinat alıb.

ARHD.AZ xəbər verir ki, o, iyunun 27-29-da Gürcüstanın Tbilisi şəhərində keçiriləcək oyunlarda supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Qeyd edək ki, burada ev sahibi ilə yanaşı, Farer adaları və Lüksemburq yığmaları mübarizə aparacaqlar.

Baxış sayı: 2 337

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə