Azərbaycan XİN: İsrail ilə İran arasında atəşkəs elan edilməsini alqışlayırıq

Bakı, 24 iyun, ARHD.AZ




Azərbaycan XİN: İsrail ilə İran arasında atəşkəs elan edilməsini alqışlayırıq


İsrail və İran arasında atəşkəs elan edilməsini alqışlayırıq.

ARHD.AZ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında qeyd edilib.

Bildirilib ki, bu inkişaf regionda gərginliyin azaldılması və sabitliyin bərpası istiqamətində mühüm addımdır.

“Azərbaycan atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndirir, daha çox insan itkisinin və iztirabların qarşısını almaq üçün ona tam şəkildə əməl edilməsinə çağırır. Biz regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırıq”, - deyə XİN-in açıqlamasında vurğulanıb.

Baxış sayı: 7 267

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə