Türkiyə XİN: İsrail ilə İran arasında atəşkəs xəbərlərini məmnunluqla qarşılayırıq

İstanbul, 24 iyun, ARHD.AZ




Türkiyə XİN: İsrail ilə İran arasında atəşkəs xəbərlərini məmnunluqla qarşılayırıq


İsrail ilə İran arasında atəşkəsin əldə olunması barədə xəbərləri məmnunluqla qarşılayırıq.

Bununla yanaşı, atəşkəsin pozulduğuna dair açıqlamaları da diqqətlə izləyirik. Tərəfləri qarşıdakı həssas dövrdə atəşkəsə tam şəkildə riayət etməyə çağırırıq.

ARHD.AZ xəbər verir ki, bu fikirlər Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) mövzu ilə bağlı açıqlamasında yer alıb.

Bildirilib ki, Yaxın Şərqin sülhə və sabitliyə hər zamankından daha çox ehtiyac duyduğu bu dövrdə, hərtərəfli və davamlı bir həll yolunda qətiyyətli addımlar atılması zəruridir. Bu çərçivədə dialoq və diplomatiya kanallarının açıq saxlanmasının həyati əhəmiyyət daşıdığına inanırıq. Mövcud proses bir daha göstərdi ki, Yaxın Şərqdəki bir çox problemin əsasında duran Fələstin məsələsi tez bir zamanda həll edilməlidir.

Türkiyə bölgədə sülhün təmin olunması yönündə atılan bütün səyləri dəstəkləməyə və konstruktiv töhfə verməyə hazırdır.

Baxış sayı: 4 332

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə