Astara, 23 iyun, ARHD.AZ





Meksikalı diplomatlar İrandan Azərbaycana təxliyə edilib


“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir. Təxliyə olunanlar arasında meksikalı diplomatlar da yer alıb. Yaşanan hadisələr və təhlükəsizlik səbəbindən diplomatik heyət Azərbaycanın dəstəyi ilə İranı tərk edib.

ARHD.AZ-ın bölgə müxbiri xəbər verir ki, təhlükəsizlik tədbirlərinin tam təmin olunduğu təxliyə prosesi əvvəlcədən razılaşdırılmış prosedurlara uyğun həyata keçirilib.

Meksikalı diplomatlar təxliyə sonrası Azərbaycan hökumətinə və xalqına təşəkkürünü bildirib.

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan Hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının Azərbaycanın ərazisindən tranzit keçid yolu ilə öz ölkələrinə qayıtmasına şərait yaradılmasını xahiş ediblər.

Baxış sayı: 4 444

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə