Bakı, 23 iyun, ARHD.AZ




Baş Prokurorluqda Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunub


23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə Baş Prokurorluqda tədbir keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən ARHD.AZ-a verilən məlumata görə, tədbirdə prokurorluq orqanlarında çalışan dövlət qulluqçuları və veteran dövlət qulluqçuları iştirak ediblər.

Baş prokuror Kamran Əliyev tədbirdə çıxış edərək dövlət idarəçiliyində və dövlət qulluğu sahəsində həyata keçirilən islahatların əhəmiyyətindən danışıb. Bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən iyunun 23-nün BMT-nin Dövlət Qulluğu Günü elan olunması nəzərə alınaraq, Prezident İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə həmin gün ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı kimi təsis edilib.

Qeyd olunub ki, hazırda ölkədə 27 minə yaxın dövlət qulluqçusu fəaliyyət göstərir və onların 30,3 faizini qadınlar təşkil edir, prokurorluq orqanlarında 650 nəfər dövlət qulluqçusu çalışır, onların 32,6 faizi qadınlardır.

Dövlət qulluğunun hüquqi bazasının təkmilləşdirilməsi, peşəkar və şəffaf idarəçilik sisteminin formalaşdırılması, dövlət qulluqçularının sosial təminatının gücləndirilməsi sahəsində həyata keçirilən mühüm tədbirlərdən bəhs olunub.

Tədbirin yekununda Baş prokurorun əmri ilə peşə bayramı münasibətilə fərqlənən bir qrup dövlət qulluqçusu və veteran əməkdaşlar təltif olunub və onlara hədiyyələr təqdim edilib.

İştirakçılar dövlət qulluğunun inkişafına, dövlət qulluqçularının fəaliyyətinə göstərilən davamlı diqqət və yüksək qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürlərini və səmimi minnətdarlıqlarını bildiriblər.

Baxış sayı: 3 431

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə