Çin Azərbaycana təşəkkür edib

Şanxay, 23 iyun, ARHD.AZ




Çin Azərbaycana təşəkkür edib


Rəsmi Pekin Yaxın Şərqdəki gərginliklə əlaqədar Çin vətəndaşlarının təxliyəsinə dəstək və köməyə görə Azərbaycan da daxil olmaqla bir neçə ölkəyə təşəkkür edib.

ARHD.AZ xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi Quo Ciakun iyunun 23-də ənənəvi mətbuat konfransında Çin vətəndaşlarının təxliyəsi ilə bağlı açıqlama verərkən, dəstək olan dövlətlərə ölkəsinin təşəkkürünü bildirib.

Çin XİN rəsmisi İsrail-İran qarşıdurması ilə əlaqədar indiyədək İrandan 3125, İsraildən isə 500-dən çox çinlinin təxliyə edildiyini deyib. Təxliyə olunanlar arasında Çinin materik hissəsi ilə yanaşı, Honkonq xüsusi inzibati ərazisi və Tayvan adasından olanlar da var.

Baxış sayı: 6 573

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə