İstanbul, 22 iyun, ARHD.AZ




Azərbaycan ilə Banqladeş arasında əlaqələrin daha da dərinləşdirilməsi müzakirə olunub


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında iştirakı çərçivəsində Banqladeş Xalq Respublikasının xarici işlər naziri Touhid Hossain ilə görüşüb.

ARHD.AZ xəbər verir ki, görüşdə zamanı Azərbaycan ilə Banqladeş arasında mövcud ikitərəfli və çoxtərəfli münasibətlər və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər yüksəksəviyyəli təmasların, qarşılıqlı səfərlərin və qurumlararası əməkdaşlığın, habelə siyasi məsləhətləşmə mexanizminin əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıblar.

Görüşdə ticarət, təhsil və rəqəmsal idarəetmə sahələrində əməkdaşlığın genişləndirilməsi, diplomatik və xidməti pasport sahiblərinin vizadan azad edilməsi imkanlarını müzakirə ediblər. Hər iki tərəf aidiyyəti dövlət qurumları arasında təmasların gücləndirilməsinin vacibliyini vurğulayıb.

Tərəflər Azərbaycan ilə Banqladeş arasında əlaqələrin daha da dərinləşdirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin araşdırılması istiqamətində səylərin davam etdiriləcəyini bildirib, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin önəmini vurğulayıblar.

Görüşdə həmçinin regional və beynəlxalq gündəmdə olan məsələlər müzakirə olunub.

Baxış sayı: 4 328

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə