İran BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib

Bakı, 22 iyun, ARHD.AZ





İran BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib


ABŞ-ın İrana endirdiyi zərbələr beynəlxalq hüququn və BMT Nizamnaməsinin ciddi şəkildə pozulmasıdır.

ARHD.AZ xəbər verir ki, bu sözləri İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib.

Ə.S.İrəvaninin BMT Təhlükəsizlik Şurasının sədrinə və təşkilatın Baş katibinə ünvanladığı məktubda deyilir: “Beynəlxalq sülh və təhlükəsizliyə qarşı vəhşi və cinayətkar əməllərin ağır və genişmiqyaslı nəticələrini nəzərə alaraq, İran İslam Respublikası təcili olaraq Təhlükəsizlik Şurasından bu açıq-aşkar və qeyri-qanuni təcavüz aktını müzakirə etmək üçün təcili iclas çağırmağı xahiş edir”.

Baxış sayı: 5 471

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə