Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessodan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Konqo Hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, Sizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram.

Ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində Zati-alinizlə birgə daha çox səy göstərməyə tam hazır olduğumu və bu işə sadiqliyimi bir daha bildirirəm.

Zati-alinizlə aramızda mövcud olan nümunəvi şəxsi dostluq münasibətlərinə əsaslanaraq, cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 


Deni Sassu-Nqesso

Konqo Respublikasının Prezidenti

 

Baxış sayı: 4 436

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə