Bakı, 19 iyun, ARHD.AZ



 

Prezident İlham Əliyev: Azərbaycan məhəlləsinin yaradılması çox gözəl hadisədir


Qeyd etdiyiniz kimi, Qarabağ məsələsində də biz əziz qardaşım, sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla savaşın ilk günündən çiyin-çiyinə bir yerdə idik.

ARHD.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimində çıxışında bildirib.

“Savaşın ilk saatlarında Türkiyə Cümhurbaşqanının bizə göstərdiyi dəstək, həmrəylik, siyasi, mənəvi dəstək, Türkiyə xalqının bizimlə bərabər olması bizim gücümüzə güc qatdı və biz tarixi ədaləti bərpa etdik. Bu gün Azərbaycan xalqı öz əzəli torpağında rahat və təhlükəsizlik şəraitində yaşayır”, - deyən dövlətimizin başçısı Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin yaradılmasının da çox gözəl hadisə olduğunu diqqətə çatdırıb.

Baxış sayı: 5 659

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə