Rusiyanın Tehrandakı səfirliyi vətəndaşlarına İranı Azərbaycanın quru yolu ilə tərk etməyi tövsiyə edir

Moskva, 19 iyun, ARHD.AZ




Rusiyanın Tehrandakı səfirliyi vətəndaşlarına İranı Azərbaycanın quru yolu ilə tərk etməyi tövsiyə edir


Rusiyanın Tehrandakı səfirliyi Azərbaycan hakimiyyətinin əvvəlcədən icazəsi əsasında Astaradan Azərbaycana quru yolu ilə keçidi İranı tərk etmək üçün optimal marşrut adlandırıb.

ARHD.AZ xəbər verir ki, səfirlik münaqişənin qaynar mərhələsinin əvvəlində İranda iki mindən çox Rusiya vətəndaşının - həm daimi, həm də ölkədə müvəqqəti yaşayanların olduğunu vurğulayıb. Onların əksəriyyəti İranı tərk etməyə qərar verib və Rusiyanın müvafiq strukturlarının köməyi ilə artıq həmin ölkədən təxliyə olunub.

Rusiyalılar arasında zərərçəkənlər barədə səfirliyə məlumat daxil olmayıb.

Baxış sayı: 3 224

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə