Bakı, 19 iyun, ARHD.AZ




Baş nazir Əli Əsədov bp-nin nümayəndə heyəti ilə görüşüb


Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 19-da bp şirkətinin baş icraçı direktoru Mürrey Aukinklossun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetindən ARHD.AZ-a bildiriblər ki, görüşdə Azərbaycan ilə bp arasında uzunmüddətli qarşılıqlı faydalı tərəfdaşlıqdan məmnunluq ifadə olunub.

bp-nin Azərbaycanda həyata keçirdiyi layihələrin əhəmiyyəti vurğulanıb, gündəlikdə duran perspektivli layihələr nəzərdən keçirilib.

Eyni zamanda, SOCAR ilə bp arasında mövcud əməkdaşlıq imkanları, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

M.Aukinkloss bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni təyin olunan regional prezidenti Ciovanni Kristofolini Ə.Əsədova təqdim edib.

Baxış sayı: 5 432

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə