Peskov: İran Rusiyadan hərbi yardım istəməyib

Bakı, 19 iyun, ARHD.AZ




Peskov: İran Rusiyadan hərbi yardım istəməyib


Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilədə qarşılıqlı hərbi yardım haqqında müddəa yoxdur və Tehran Moskvadan bu cür yardım istəməyib.

ARHD.AZ xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə RBK telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiyanın dəstəyi göz qabağındadır: “Münaqişə başlayandan bəri İsrailin hərəkətini pisləyən bəyanatımız olub. Biz İrana qarşı zərbələrin dayandırılması və məsələnin danışıqlar yolu ilə həlli istiqamətində israrlı mövqe bildirmişik”.

Peskov, həmçinin Moskvanın İran-İsrail münaqişəsinin həllində vasitəçilik etməyə hazır olduğuna diqqət çəkib. “Prezident Vladimir Putin bunu həm amerikalı həmkarı Donald Trampla, həm İsrailin Baş naziri Benyamin Netanyahu ilə, həm də İran Prezidenti Məsud Pezeşkianla apardığı telefon danışıqlarında müzakirə edib”, - deyə mətbuat katibi bildirib.

Baxış sayı: 5 614

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə