Türkiyənin naziri İran qazının tədarükü ilə əlaqədar fasilələrin olmadığını bildirib

Ankara, 17 iyun, ARHD.AZ




Türkiyənin naziri İran qazının tədarükü ilə əlaqədar fasilələrin olmadığını bildirib


Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar İran və İsrail arasında gərginlik fonunda İrandan qaz tədarükündə heç bir fasilənin olmadığını bildirib.

ARHD.AZ xəbər verir ki, Türkiyənin Energetika Nazirliyinin rəhbəri jurnalistlərlə söhbətində xatırladıb ki, Ankara 2019-cu ildən bəri İrandan neft almır və bu gün söhbət yalnız təbii qaz idxalından gedir.

Onun sözlərinə görə, regionda eskalasiya ilə əlaqədar Türkiyə iqtisadiyyatına təsir edən əsas mənfi amil enerji qiymətlərinin qlobal artımıdır.

“Bir barelinin qiymətinin 60 dollar olduğu neft bu gün 76 dollara qədər bahalaşıb. Oxşar vəziyyət qaz bazarı ilə də bağlıdır. Enerjidaşıyıcılarının alınmasına gəlincə, bu məsələdə heç bir problem yoxdur”, - deyə Bayraktar bildirib.

Baxış sayı: 5 554

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə