
Bakı, 16 iyun, ARHD.AZ
Azərbaycan müdafiə naziri Belarusa rəsmi səfər edib
İyunun 16-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xreninin dəvəti ilə bu ölkəyə rəsmi səfər edib.
Minsk Milli Aeroportunda general-polkovnik Z.Həsənovu belaruslu həmkarı qarşılayıb.
Bu barədə ARHD.AZ-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan müdafiə nazirinin səfər çərçivəsində Belarus hərbi rəhbərliyi ilə bir sıra görüşləri, eləcə də bir neçə hərbi hissələrə səfəri nəzərdə tutulub.