Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb

Bakı, 13 iyun, ARHD.AZ




Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb


İsrail Dövləti və İran İslam Respublikası arasında yaranmış mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan Respublikası vətəndaşlarının zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.

ARHD.AZ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumatda hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, hərbi və nüvə obyektlərinə yaxın ərazilərə getməmələri, yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmaları xahiş olunur.

Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycanın İrandakı səfirliyi və Təbriz şəhərindəki Baş konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

Səfirlik: [email protected] , +98 905 523 01 07.

Baş konsulluq: [email protected] , +98 901 414 31 57.

Baxış sayı: 3 261

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə