Azərbaycan hökuməti Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Azərbaycan hökuməti Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Bakı, 11 iyun, ARHD.AZ





Azərbaycan hökuməti Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır


Maliyyə nazirinin birinci müavini Anar Kərimov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştalmeysteri və bankın Avropa və Mərkəzi Asiya regionu üzrə Dövlət İdarəçiliyi və İnstitusional İnkişaf Proqramının rəhbəri və bu sahədə təcrübələr üzrə meneceri Adrian Fozzardı ilə görüşüb.

Nazirlikdən ARHD.AZ-a bildirilib ki, görüş zamanı Azərbaycan ilə Dünya Bankı arasında mövcud olan əməkdaşlıqdan məmnunluq ifadə edilib, Azərbaycan hökumətinin bu əməkdaşlığın genişləndirilməsində maraqlı olduğu qeyd edilib. Azərbaycanın uzun illər ərzində Dünya Bankı ilə əməkdaşlıqdan faydalandığı, bank tərəfindən müxtəlif sahələrdə maliyyələşdirilən layihələrin və göstərilən texniki yardımların ölkəmizin sosial-iqtisadi inkişafına əhəmiyyətli töhfə verdiyi qeyd olunub.

Görüşdə bankın dəstəyi ilə həyata keçirilən və hazırda icrası davam edən dövlət maliyyəsinin idarə edilməsi sahəsində islahatlara dair texniki yardım və bu çərçivədə gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Baxış sayı: 5 340

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə