Bakı, 10 iyun, ARHD.AZ



Baş nazir Əli Əsədov Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb


Özbəkistanda rəsmi səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 10-da bu ölkənin Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

Nazirlər Kabinetindən ARHD.AZ-a bildiriblər ki, Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Özbəkistanın dövlət başçısına çatdırıb.

Şavkat Mirziyoyev Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında dostluq və əməkdaşlıq münasibətlərinin dinamik inkişafından məmnunluq ifadə olunub, əlaqələrin müttəfiqlik səviyyəsinə çatmasının əhəmiyyəti vurğulanıb.

İkitərəfli əməkdaşlığın qarşılıqlı maraq doğuran bir çox sahələrdə inkişaf perspektivləri müzakirə edilib.

Ə.Əsədov Özbəkistan yığmasının tarixdə ilk dəfə futbol üzrə dünya çempionatına vəsiqə qazanması münasibətilə Prezident Şavkat Mirziyoyevi təbrik edib.

Baxış sayı: 3 660

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə