Prezident İlham Əliyev Polşanın yeni seçilmiş Prezidentini təbrik edib

Bakı, 10 iyun, ARHD.AZ



Prezident İlham Əliyev Polşanın yeni seçilmiş Prezidentini təbrik edib


Azərbaycan Prezidenti İlham Əliyev Polşa Respublikasının yeni seçilmiş Prezidenti Karol Navrotskiyə məktub ünvanlayıb.

ARHD.AZ xəbər verir ki, məktubunda polşalı həmkarını Prezident vəzifəsinə seçilməsi münasibətilə təbrik edən dövlətimizin başçısı qeyd edib: “Azərbaycan ilə Polşa arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylər göstərəcəyik”.

Baxış sayı: 6 755

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə