“ACWA Power” şirkəti ilə qlobal enerji gündəliyinin prioritetləri müzakirə olunub

Bakı, 3 iyun, ARHD.AZ




“ACWA Power” şirkəti ilə qlobal enerji gündəliyinin prioritetləri müzakirə olunub


30-cu Bakı Enerji Həftəsi çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Əbunəyyan ilə görüşüb.

ARHD.AZ nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadiyyatın bütün sahələrində, xüsusilə də bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndiyi vurğulanıb.

Yaşıl enerjiyə keçidin təmin edilməsi istiqamətində hədəflərimizin reallaşmasında bu ölkədən olan investorlarla işbirliyinin rolu qeyd edilib. “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda Qafqaz regionunun ən böyük külək elektrik stansiyasının inşası ilə bağlı həyata keçirilən layihə və dəniz suyunun duzsuzlaşdırılması sahəsində görülən işlər əməkdaşlığımızın əhəmiyyətli nümunəsi kimi dəyərləndirilib.

Tərəflər qlobal enerji gündəliyinin prioritetləri, dayanıqlı biznes modellərə keçidin əhəmiyyəti və yaşıl enerji sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Baxış sayı: 4 335

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə