Baş nazir Əli Əsədov Seneqalın dövlət idarəçiliyi və dövlət xidmətlərində islahatlar naziri ilə görüşüb

Bakı, 3 iyun, ARHD.AZ



Baş nazir Əli Əsədov Seneqalın dövlət idarəçiliyi və dövlət xidmətlərində islahatlar naziri ilə görüşüb


Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 3-də Seneqalın dövlət idarəçiliyi və dövlət xidmətlərində islahatlar naziri Olivye Bukal ilə görüşüb.

Nazirlər Kabinetindən ARHD.AZ-a verilən məlumata görə, görüşdə Azərbaycanın Afrika dövlətləri, o cümlədən Seneqal ilə əlaqələrin inkişafına əhəmiyyət verdiyi bildirilib. İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olunub.

O.Bukalın səfəri çərçivəsində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "ASAN xidmət" ilə Seneqalın Dövlət İdarəçiliyi və Dövlət Xidmətlərində İslahatlar Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.

Görüşdə Azərbaycan-Seneqal əlaqələrinin müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə olunub.

Baxış sayı: 4 539

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə