Avrozonada inflyasiya səviyyəsi 2 faizlik hədəfdən aşağı enib

Roma, 3 iyun, ARHD.AZ



Avrozonada inflyasiya səviyyəsi 2 faizlik hədəfdən aşağı enib


May ayında Avrozonada inflyasiya səviyyəsi 1,9 faiz təşkil edib. Beləliklə, inflyasiya göstəricisi Avropa Mərkəzi Bankının 2 faizlik hədəfindən aşağı olub.

ARHD.AZ xəbər verir ki, inflyasiya səviyyəsi son 8 ayda ilk dəfə və 2021-ci ildən bəri isə ikinci dəfə proqnozdan az olub.

Aprel ayında 0,6 faizlik artımla müqayisədə mayda aylıq inflyasiya göstəricisi dəyişməyib. Xidmətlər sektorunda qiymət artımı apreldəki 4 faizlik göstərici ilə müqayisədə may ayında 3,2 faizə geriləyib. Ərzaq və enerji qiymətləri istisna olmaqla baza inflyasiya göstəricisi 2,7 faizdən 2,3 faizə düşüb.

Xatırladaq ki, apreldə Avrozonada 2,2 faizlik inflyasiya qeydə alınmışdı.

Baxış sayı: 6 460

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə