Avrozonada inflyasiya göstəricisi geriləyib

Roma, 3 mart, ARHD.AZ


Avrozonada inflyasiya göstəricisi geriləyib


Fevral ayında Avrozonada inflyasiya səviyyəsi 2,4 faiz təşkil edib.

ARHD.AZ xəbər verir ki, Avropa Statistika Bürosunun (“Eurostat”) məlumatına görə, Avrozonada yanvarda 2,5 faiz olan inflyasiya göstəricisi ötən ay 2,4 faizə enib.

Fevralda Avrozonada istehlak qiymətləri indeksi aylıq müqayisədə 0,5 faiz artıb. Bazar proqnozları fevral ayında inflyasiya səviyyəsinin 2,3 faiz olacağı idi.

Ən yüksək qiymət artımı 3,7 faizlə xidmətlər sektorunda müşahidə olunub. Qida, spirtli içkilər və tütün məmulatlarının qiyməti 2,7 faiz, qeyri-enerji sənayesi məhsulları 0,6 faiz, enerji məhsullarının qiyməti isə 0,2 faiz artıb.

Ötən ay İtaliyada inflyasiya göstəricisi 1,7 faiz təşkil edib.

Baxış sayı: 5 611

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə