Bakı, 2 iyun, ARHD.AZ




SOCAR ilə Kanada şirkəti arasında Anlaşma Memorandumu imzalanıb


“Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində (“Caspian Oil and Gas”) Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Gran Tierra Energy Inc.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

ARHD.AZ xəbər verir ki, sənəd Quba-Xəzəryanı ərazisində karbohidrogen potensialının kəşfiyyatı, işlənməsi və hasilatı layihəsi üzrə texniki və iqtisadi qiymətləndirmə məqsədilə birgə tədqiqat işlərinin aparılmasını nəzərdə tutur.

Eyni zamanda, “Gran Tierra Energy Inc.” şirkəti layihə üzrə mövcud geoloji və texniki məlumatları, həmçinin logistika və infrastruktur potensialını təhlil edəcək. Geoloji kəşfiyyat proqramı və əsas kommersiya şərtləri razılaşdırıldıqdan sonra Hasilatın Pay Bölgüsü Sazişinin imzalanması üzrə iş aparılacaq.

Qeyd edək ki, baş ofisi Kanadanın Kalqari şəhərində yerləşən “Gran Tierra Energy Inc.” beynəlxalq enerji şirkəti hazırda Kanada, Kolumbiya, Ekvadorda neft və təbii qazın axtarışı, hasilatı ilə məşğuldur.

Baxış sayı: 6 789

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə