Qahirə, 30 may, ARHD.AZ


Azərbaycanın Oman Sultanlığındakı səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul-ziyafət təşkil edib.

ARHD.AZ xəbər verir ki, tədbirdə fəxri qonaq qismində Oman Sultanlığının ali təhsil, elmi tədqiqatlar və innovasiyalar naziri xanım Rahma bint İbrahim əl-Mahruqi, Omanın dövlət və hökumət təmsilçiləri, Oman Xarici İşlər Nazirliyinin rəsmi şəxsləri, həmçinin akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, Azərbaycan icmasının nümayəndələri və iş adamları iştirak edib.

Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının və Oman Sultanlığının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Açılış mərasimində çıxış edən səfir Rəşad İsmayılov 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik parlament respublikası olduğunu, müstəqilliyinin 23 ay davam etməsinə baxmayaraq, ilk günlərdən öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdiyini və demokratik dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirdiyini qeyd edib. Bildirilib ki, qısa müddət ərzində hökumət yaradılıb, bayraq, himn kimi dövlət atributları təsis edilib, dövlət quruculuğu sahəsində mühüm qərarlar qəbul olunub və respublikanın beynəlxalq münasibətlər sisteminin subyekti qismində tanınması istiqamətində addımlar atılıb.

Səfir 1990-cı illərin əvvəllərində sovet hakimiyyətinin süqutundan və müstəqilliyimizin bərpa olunmasının ilk illərində üzləşdiyimiz çətin dövrdə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin davamlı inkişaf yoluna qədəm qoyduğunu və beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artdığını qeyd edib. Diqqətə çatdırılıb ki, dahi rəhbərin müdrik siyasəti nəticəsində güclü dövlət institutları yaradılıb, Avropanın enerji təhlükəsizliyinə töhfə verən Bakı-Tbilisi-Ceyhan kimi mühüm enerji layihəsi həyata keçirilib.

Eyni zamanda, Azərbaycanın bu gün öz tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşadığı xüsusi vurğulanıb. O da qeyd olunub ki, bu uğurların təməlində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, uzaqgörən və məqsədyönlü siyasəti dayanır. Onun rəhbərliyi ilə tarixi torpaqlarını işğaldan azad edən Azərbaycanın beynəlxalq nüfuzu daha da artır, respublikamız regionun siyasi-iqtisadi güc mərkəzlərindən birinə çevrilir. Bu siyasətin nəticəsində dövlətimiz bu gün öz daxili və xarici məsələlərini tam müstəqil şəkildə müəyyənləşdirir.

Tədbir çərçivəsində Azərbaycanın turizm imkanlarını və tarixi abidələrini əks etdirən videoçarxlar göstərilib. Azərbaycandan gəlmiş sənətçilərin ifasında milli musiqi parçaları səsləndirilib.

Tədbir ziyafətlə davam edib və qonaqlara milli mətbəximizin nümunələri, həmçinin, ölkəmizlə bağlı xatirə-hədiyyələr təqdim olunub.

Baxış sayı: 3 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə