İstanbul, 28 may, ARHD.AZ
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) rəsmi instaqram səhifəsində 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə paylaşım edib.
ARHD.AZ xəbər verir ki, “Can Azərbaycanın Müstəqillik Günü mübarək olsun!” ifadələri ilə başlayan paylaşımda deyilir: “Sevinci sevincimiz, kədəri kədərimiz olan azərbaycanlı qardaşlarımızın qürurunu və coşqusunu ürəkdən paylaşırıq”.
Paylaşımda Türkiyə və Azərbaycan bayraqlarının rəngləri yer alıb.