Azərbaycan nümayəndə heyəti NATO PA-nın ABŞ-da keçirilən yaz sessiyasında iştirak edir

Brüssel, 26 may, ARHD.AZ


ABŞ-ın Deyton şəhərində NATO Parlament Assambleyasının (PA) növbəti yaz sessiyası keçirilir.

ARHD.AZ xəbər verir ki, sessiyada Alyansa üzv olan 32 ölkənin, eləcə də tərəfdaş dövlətlərin nümayəndə heyətləri iştirak edirlər.

Sessiya çərçivəsində Deyton Sülh Razılaşmasının 30 illiyi ilə əlaqədar, eləcə də NATO-nun üzləşdiyi təhlükəsizlik çağırışları, Alyansın müdafiəsinin gücləndirilməsi, müdafiə xərclərinin artırılması, NATO-nun çəkindirmə siyasəti, qlobal terrorçuluqla mübarizə, Qara dəniz regionunda təhlükələr, Hind-Sakit okeanı regionu ilə tərəfdaşlıq perspektivləri, Ukraynadakı müharibə və digər mövzular ətrafında müzakirələr aparılır.

Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti və Azərbaycanın NATO yanında Nümayəndəliyi sessiyada iştirak edir.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin, habelə digər tərəfdaş dövlətlərin parlament nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib.

Baxış sayı: 3 511

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə