Bakı, 25 may, ARHD.AZ


Azərbaycan-Ukrayna münasibətləri strateji dostluq münasibətləridir və qarşılıqlı hörmətə əsaslanır. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini hər zaman tanıyıb.

ARHD.AZ xəbər verir ki, bu sözləri mayın 25-də Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə keçirdiyi birgə mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov söyləyib.

“Azərbaycan torpaqları işğal altında olanda Ukrayna da bizim ərazi bütövlüyümüzü tanıyıb”, - deyən nazir parlamentlərarası əlaqələrimizin yüksək səviyyədə olmasını sevindirici hal kimi qiymətləndirib.

Baxış sayı: 7 385

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə