Ceyhun Bayramov Koreyanın yeni səfirini Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları barədə məlumatlandırıb


Xarici işlər naziri Ceyhun Bayramov Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları barədə Koreyanın yeni təyin olunmuş səfiri Kimqu Kanqı məlumatlandırıb.

"ARHD.AZ" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin tarixçəsi, eləcə də postmünaqişə dövründə vəziyyət barədə qarşı tərəfə ətraflı məlumat verilib.

Azərbaycan tərəfinin təşəbbüsü ilə aparılan sülh prosesində Ermənistan konstitusiyasında ölkəyə qarşı ərazi iddiaları və Minsk Qrupunun ləğvi məsələsi kimi maneələr qeyd olunub.

Bununla yanaşı, işğaldan azad olunmuş ərazilər aparılan bərpa-yenidənqurma işləri və minasızlaşdırma fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Baxış sayı: 7 660

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə