Türkiyə Təhlükəsizlik Şurası: Azərbaycan və Ermənistan arasında sülh bölgədəki bütün tərəflərə müsbət təsir göstərəcək

Ankara, 22 may, ARHD.AZ


Türkiyə, Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin razılaşdırılmasından məmnundur.

ARHD.AZ xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə mayın 22-də Ankarada keçirilmiş Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasından sonra yayılmış yekun bəyanatda deyilir.

Bəyanatda Türkiyənin Bakı və İrəvan arasında sülhün təmin olunması üçün şəraitin formalaşdırılması məsələsində gözləntiləri bir daha vurğulanır. Qeyd olunur ki, bu proses bölgədəki bütün aktorlara müsbət təsir göstərəcək.

Baxış sayı: 7 385

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə