Şavkat Mirziyoyev Azərbaycanla müttəfiqlik münasibətləri haqqında Müqaviləni təsdiqləyib

Bakı, 22 may, ARHD.AZ


Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanla müttəfiqlik münasibətləri haqqında Müqavilənin təsdiq edilməsi barədə Qanunu imzalayıb.

ARHD.AZ Özbəkistan mediasına istinadla xəbər verir ki, 2024-cü il avqustun 23-də Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Daşkənd şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki qardaş ölkənin münasibətlərində yeni inkişaf mərhələsinin əsasını qoyub.

Aprelin 30-da Özbəkistan Senatı tərəfindən də ratifikasiya edilmiş bu sənəd ölkələrin bir-birinə qarşı yönəlmiş hər hansı blok və ya ittifaqlarda iştirak etməməsini ehtiva edir. Müqavilədə iki dövlət arasındakı strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə zərər vuran hər hansı hərəkətlərdə iştirakdan çəkinmək kimi öhdəliklər də müəyyən edilib.

Bundan əlavə, sənəd siyasi əməkdaşlığın genişləndirilməsi, ticari-iqtisadi və mədəni-humanitar əlaqələrin inkişafı, yeni layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradır.

Baxış sayı: 3 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə