Rusiyanın xarici işlər naziri Bakıda və İrəvanda “3+3” formatında görüşlər keçirməyi təklif edib

Moskva, 21 may, ARHD.AZ


İrəvanda işgüzar səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov “3+3” regional əməkdaşlıq platforması çərçivəsində nazirlərin növbəti görüşlərinin Azərbaycan və Ermənistan paytaxtlarında keçirilməsi təşəbbüsü ilə çıxış edib.

ARHD.AZ xəbər verir ki, Sergey Lavrov erməni həmkarı Mirzoyanla danışıqların yekunu üzrə Ermənistan və Azərbaycanın öz aralarında üçüncü forumun keçirilməsi ilə bağlı razılığa gələ biləcəyini bəyan edib və Rusiya tərəfinin təşkilati işlərə kömək göstərməyə hazır olduğunu bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqazın üç ölkəsini və üç qonşu dövlətin – Rusiya, İran və Türkiyənin daxil olduğu “3+3” formatı regionda sülhün, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi üçün mühüm potensiala malikdir.

Rusiyalı nazir əlavə edib: “Biz növbəti iki görüşün Ermənistan və Azərbaycan paytaxtlarında keçirilməsinin tərəfdarıyıq”.

Lavrov onu da qeyd edib ki, Rusiya Federasiyası İrəvan və Bakıya sülh sazişinin bağlanması, iqtisadi və nəqliyyat kommunikasiyalarının geniş şəkildə blokdan çıxarılması, habelə dövlət sərhədinin delimitasiyası və demarkasiyası yolu ilə tam sülh və razılaşmaya nail olmaq istiqamətində irəliləyişdə kömək etməyə hazırdır.

O xatırladıb ki, 2020-2022-ci illərdə ən yüksək səviyyədə əldə olunmuş üçtərəfli razılaşmalar Bakı ilə İrəvan arasında sülh prosesinin irəliləyişinin əsası olaraq qalır.

Baxış sayı: 3 511

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə