Ankarada Qərbi Azərbaycana qayıdış mövzusunda beynəlxalq konfrans keçirilir YENİLƏNİB

Ankara, 21 may, ARHD.AZ


Mayın 21-də Türkiyənin Ankara şəhərində Qərbi Azərbaycan İcmasının və “Azərbaycan-Türkiyə Evi” İctimai Birliyinin birgə təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin tərəfdaşlığı ilə “Qərbi Azərbaycana Qayıdış İnsan Hüquqlarının Aliliyinin Mühüm Şərti Kimi” mövzusunda beynəlxalq konfrans keçirilir.

ARHD.AZ xəbər verir ki, konfransa Azərbaycan və Türkiyədən 250-dən çox iştirakçı qatılıb.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciəti səsləndirilib.

Müraciəti Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev oxuyub.

Konfrans çıxışlarla davam edir.

Baxış sayı: 5 384

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə