Azərbaycan Prezidentinin köməkçisi Tehranda Dialoq Forumunda iştirak edir

Bakı, 18 may, ARHD.AZ


Mayın 18-də İranın paytaxtı Tehran şəhərində Dialoq Forumu işə başlayıb.

ARHD.AZ xəbər verir ki, Forumda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edir.

İran Prezidenti Məsud Pezeşkianın və 53 ölkədən nümayəndələrin iştirakı ilə açılışı keçirilən Dialoq Forumunda müxtəlif ölkələrin rəsmilərinin, o cümlədən nazirlərin, beyin mərkəzləri rəhbərlərinin və beynəlxalq ekspertlərin çıxışları nəzərdə tutulur.

Forum mayın 19-dək davam edəcək.

 

Baxış sayı: 7 382

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə