Azərbaycan ilə Latviya arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub

Bakı, 16 may, ARHD.AZ



Azərbaycan ilə Latviya arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub


İqtisadiyyat nazirinin müavini Anar Axundov Latviyanın kənd təsərrüfatı naziri, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının həmsədri Armands Krauze ilə görüşüb.

Nazirlikdən ARHD.AZ-a bildirilib ki, görüşdə Azərbaycanla Latviya arasında əlaqələrin genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin rolu qeyd edilib.

Vurğulanıb ki, iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi iqtisadi gündəliyimizin prioritet istiqamətlərindəndir və bu sahədə əməkdaşlığın inkişafı üçün müxtəlif mexanizmlər tətbiq edilir. Bu xüsusda Hökumətlərarası Komissiya səmərəli platformadır.

Tərəflər iqtisadiyyatın müxtəlif istiqamətlərində, o cümlədən, aqrar sektorda, su idarəçiliyi və meşəçilik sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Baxış sayı: 5 446

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə