Bakı, 15 may, ARHD.AZ


Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov Pakistanın dəmir yolları üzrə dövlət naziri Bilal Azhar Kayani ilə görüşüb.

QSC-dən ARHD.AZ-a bildirilib ki, görüşdə beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Pakistan arasında dəmiryol sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.

Beynəlxalq nəqliyyat marşrutları üzrə əməkdaşlığın daha da genişləndirilməsi, iki ölkə arasında yük dövriyyəsinin artırılması, eləcə də Pakistan-Əfqanıstan-Türkmənistan-Azərbaycan marşrutu üzrə konteyner daşımalarının təşkili imkanları müzakirə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Baxış sayı: 3 510

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə