Bakı, 15 may, ARHD.AZ


Biz Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgisində ardıcıl altıncı dəfədir ki, iştirak edirik. Bizim pavilyonda yeddi gürcü şirkəti var ki, onlar şərab və şirələrdən tutmuş digər mallara qədər müxtəlif kənd təsərrüfatı məhsulları istehsal edirlər. Gürcüstan şirkətlərinin Azərbaycan bazarına çox böyük marağı var.

Bu barədə ARHD.AZ-a müsahibəsində XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgisində Gürcüstan milli pavilyonunun təşkilatçısı Georgi Avaliani bildirib.

O qeyd edib: “Münasibətlərin hazırkı tempini və inkişafını saxlamaq bizim üçün çox vacibdir. Bu sərgi Gürcüstanla Azərbaycan arasında mövcud olan əməkdaşlığın kiçik bir hissəsidir. Düşünürəm ki, sərgidə iştirak edən gürcü şirkətləri burada mütləq tərəfdaşlar tapacaq və biz Azərbaycana ixracımızı artıracağıq”.

Hazırda Gürcüstan bazarında bir çox Azərbaycan şirkətinin olduğunu vurğulayan G.Avaliani əlavə edib: “Bu baxımdan, “Caspian Agro – 2025”də iştirak etməyimiz də gürcü məhsullarını Azərbaycana gətirmək üçündür. Bizim təkcə aqrar sektorda deyil, digər sahələrdə də Azərbaycan şirkətləri ilə sıx əlaqələrimiz var. Məsələn, Bakıda hər hansı supermarketə getsəniz, orada Gürcüstan məhsulları tapacaqsınız. Bu, bizi sevindirir və Azərbaycan bazarında daha çox gürcü məhsullarının olmasında maraqlıyıq”.

Baxış sayı: 3 500

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə