AZIR hesablanması və açıqlanması üzrə qüvvəyə minmiş yeni qaydalara dair təqdimat keçirilib

Bakı, 15 may, ARHD.AZ


Azərbaycan Mərkəzi Bankında (AMB) media nümayəndələri üçün banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsinin (AZIR) hesablanması və açıqlanması üzrə qüvvəyə minmiş yeni qaydalara dair təqdimat keçirilib.

ARHD.AZ xəbər verir ki, təqdimatda banklararası pul bazarında gedən proseslərin təhlili və qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla Avropa Yenidənqurma və İnkişaf Bankının ekspertləri ilə sıx əməkdaşlıq çərçivəsində hazırlanmış yeni qaydalarının üstünlükləri diqqətə çatdırılıb. Bu qaydaların AZIR-in dərcində fasilələrin və kəskin tərəddüdlərin aradan qaldırılmasına, eləcə də onun istinad dərəcəsi kimi daha geniş istifadəsinə xidmət etdiyi vurğulanıb.

Görüşdə, həmçinin media nümayəndələrinin mövzu ətrafında sualları cavablandırılıb.

Yeni təsdiq edilmiş qaydalarla bağlı ətraflı məlumat almaq üçün linkə keçid edə bilərsiniz.

Baxış sayı: 3 501

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə