
Bakı, 15 may, ARHD.AZ
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Balıqçılıq və Akvakultura Mərkəzi”nin əsas fəaliyyət istiqamətləri Azərbaycanda akvakultura sahəsinin inkişaf etdirilməsidir.
ARHD.AZ xəbər verir ki, bu sözləri 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” və 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgiləri çərçivəsində keçirilən 2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumunda Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev bildirib.
Onun sözlərinə görə, akvakulturanın inkişafı Azərbaycanda ən prioritet məsələlərdən biridir.
“Azərbaycanın Xəzər dənizinə çıxışı olması, eyni zamanda, daxili sularımızın mövcudluğu Azərbaycanda bu sahənin inkişafına böyük təminat yaradır. Balıqçılığa tək qida istehsalı kimi yanaşılmamalıdır. Bu, həm qida təhlükəsizliyi, kənd təsərrüfatının inkişafı, eyni zamanda, biomüxtəlifliyin qorunması kimi böyük bir sahəni əhatə edir”, - deyə C.Əliyev vurğulayıb.