London, 14 may, ARHD.AZ


Düşünürəm ki, Azərbaycan COP29-a ev sahibliyi etməklə olduqca uğurlu bir nəticə əldə etdi.

ARHD.AZ xəbər verir ki, bu sözləri Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) illik iclası çərçivəsində “Azərbaycan: yaşıl inkişaf və bağlantıya aparan yeni keçid nöqtəsi” adlı panel müzakirəsində “McKinsey & Company” şirkətinin tərəfdaşı Yermolay Soljenitsın deyib.

O bildirib ki, COP29 tədbiri Azərbaycanın beynəlxalq miqyasda daha geniş tanınmasına və region olaraq investisiya üçün cəlbedici məkan kimi mövqeyinin möhkəmlənməsinə səbəb olub.

“Düşünürəm ki, Azərbaycan COP29-a ev sahibliyi etməklə olduqca uğurlu bir nəticə əldə etdi. Bu tədbir təkcə qlobal iqlim müzakirələrinin irəliləməsinə deyil, eyni zamanda insanların regionu daha yaxından tanımasına, onun turizm və investisiya baxımından nə qədər cəlbedici məkan olduğunu kəşf etməsinə şərait yaratdı”, - deyə o, qeyd edib.

Baxış sayı: 4 506

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə