MSK-nın nümayəndə heyəti TDT-yə üzv ölkələrin ali seçki qurumlarının Məşvərət Platformasının təsisində iştirak edəcək

Bakı, 12 may, ARHD.AZ


Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasının Türküstan şəhərinə səfər edib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən ARHD.AZ-a bildirilib ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirovun dəvətinə əsasən reallaşdırılan səfər çərçivəsində Azərbaycan MSK-nın nümayəndə heyəti əvvəlcə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin ali seçki qurumlarının Məşvərət Platformasının təsis sənədinin imzalanması mərasimində iştirak edəcək. Sözügedən sənəd Türk Dövlətləri Təşkilatına üzv ölkələrin seçki idarəetmə orqanları arasında münasibətlərin daha da intensivləşdirilməsi və təcrübə mübadiləsinin aparılması istiqamətində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə imkan yaradacaq.

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Qazaxıstana səfər zamanı, həmçinin “Türk dünyası: Ənənələr, təcrübə və seçki sistemlərinin inkişafı üçün perspektivlər” mövzusunda beynəlxalq konfransda da iştirak edəcək.

MSK-nın nümayəndə heyətinin tərkibinə Komissiya sədrinin müavini Rövzət Qasımov və Katibliyin rəhbərinin müavini Həsən Kazımzadə də daxildir.

Səfər çərçivəsində nümayəndə heyətinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ali seçki orqanlarının rəhbərləri və digər rəsmi şəxslərlə görüşləri, qurumlararası əlaqələr və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin aparılması da nəzərdə tutulur.

Baxış sayı: 4 500

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə