Azərbaycan və Danimarka arasında işgüzar əməkdaşlıq imkanları müzakirə edilib

Bakı, 8 may, ARHD.AZ


İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) Danimarkanın İxrac və İnvestisiya Fondunun maliyyə direktoru Kare Stamer Andreasen ilə görüş keçirilib.

AZPROMO-dan ARHD.AZ-a bildirilib ki, qurumun icraçı direktoru Yusif Abdullayev agentliyin fəaliyyəti, “vahid pəncərə” funksiyası əsasında sahibkarlara göstərilən dəstək tədbirləri, ixracın təşviqi mexanizmləri, o cümlədən “Made in Azerbaijan” brendi və təsdiqi gözlənilən logistikanın subsidiyalaşması mexanizmi barədə məlumat verib.

Azərbaycanın bərpaolunan enerji sahəsinə investisiyaların artması, bu və qeyri-neft sektorunun digər sahələrində Danimarka şirkətləri ilə əməkdaşlıq imkanlarının mövcud olduğu qeyd olunub.

Danimarkanın İxrac və İnvestisiya Fondunun maliyyə direktoru Kare Stamer Andreasen təmsil etdiyi qurumun Azərbaycan şirkətlərinə təklif edə biləcəyi maliyyə həlləri və dövlət qurumları ilə əməkdaşlıq imkanları barəsində danışıb. O, təmsil etdiyi qurumun sözügedən sahədə 100 ildən artıq təcrübəsinin olduğunu bildirib, qeyri-neft ticarəti, ərzaq və kənd təsərrüfatı sektorunda maşınqayırma sahəsi və bərpaolunan enerji, xüsusilə də külək enerjisi layihələrinin stimullaşdırılmasını və bu sahələrdəki əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirib.

Baxış sayı: 8 766

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə