Azərbaycan və Rumıniya arasında üzgüçülüyün inkişafı istiqamətində fikir mübadiləsi aparılıb

Bakı, 7 may, ARHD.AZ


Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) baş katibi Oqtay Atayev beynəlxalq əlaqələr üzrə menecer Tamerlan Hüseynov ilə birlikdə Buxarest şəhərində Rumıniya Üzgüçülük və Müasir Pentatlon Federasiyasının prezidenti Kameliya Alina Potets və Rumıniyanın üzgüçülük üzrə millisinin baş məşqçisi Silviu Anastase ilə görüş keçiriblər.

AÜF-dən ARHD.AZ-a bildiriblər ki, görüşdə federasiyaların müxtəlif fəaliyyət istiqamətləri, hədəf və məqsədlər, habelə marketinq və sponsorluq sahələri üzrə planlaşdırılan işləri müzakirə edilib. Eyni zamanda, federasiyalar arasında mümkün tərəfdaşlıq imkanları və gələcək inkişaf istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

Baxış sayı: 4 500

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə