İtaliya ilə birgə fəaliyyətin prioritet istiqamətləri müzakirə olunub

Bakı, 30 aprel, ARHD.AZ


İtaliyanın şirkətlər və “Made in İtaly” naziri ilə görüşdə ticarət, sənaye və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Bu barədə ARHD.AZ-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın şirkətlər və “Made in İtaly” naziri Adolfo Urso ilə videkonfrans formatında görüşüb.

Görüşdə İtaliya ilə dostluğa və strateji tərəfdaşlığa əsaslanan iqtisadi əməkdaşlığın inkişaf etdiyi vurğulanıb. İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğu qeyd edilib. Bir çox İtaliya şirkətlərinin ölkəmizdə sənaye, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sahələrdə uğurla fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. İqtisadi əlaqələrin daha da gücləndirilməsi üçün geniş imkanların olduğu bildirilib.

Tərəflər ticarət, sənaye və digər sahələrdə əməkdaşlığın artırılması, biznes subyektlərinin işbirliyi və qarşılıqlı investisiya layihələri barədə fikir mübadiləsi aparıblar.

Baxış sayı: 4 500

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə