Bakı, 29 aprel, ARHD.AZ



Aprelin 29-da Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov İtaliya parlamentinin Parlamentlərarası İttifaq yanında Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən ARHD.AZ-a verilən məlumata görə, görüşdə Əli Əhmədov İtaliya və Azərbaycan arasında iqtisadi, mədəni və siyasi sahələrdə yüksəksəviyyəli əməkdaşlığın mövcud olduğunu bildirərək, parlamentlərarası əlaqələrin iki ölkə arasında iqtisadi və siyasi dialoqun inkişafına müsbət təsir göstərdiyini qeyd edib. O, Azərbaycan neftinin və qazının İtaliyaya ixracını iki ölkə arasında etibarlı tərəfdaşlığın bariz nümunəsi kimi dəyərləndirib. Əli Əhmədov, həmçinin Azərbaycan ərazilərinin 30 il müddətində işğalda olduğu dövrdə İtaliyanın ölkəmizə göstərdiyi dəstəyi xüsusi vurğulayıb.

İtaliya Deputatlar Palatasının Ətraf mühit, ərazi və ictimai işlər komitəsinin üzvü Salvatore Kayata nümayəndə heyəti adından göstərilən səmimi qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. O, İtaliya və Azərbaycan dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını xüsusi vurğulayıb. S.Kayata İtaliya və Azərbaycan arasında inşaat sektorunda əməkdaşlıq perspektivlərinə toxunaraq, bu sahədə birgə layihələrin hər iki ölkənin iqtisadi inkişafına mühüm töhfə verəcəyini bildirib.

Sonda tərəflər Azərbaycan-İtaliya münasibətlərinin gələcəkdə daha da inkişaf edəcəyinə və qarşılıqlı əməkdaşlığın yeni perspektivlər qazanacağına dair ümidvarlıqlarını bildiriblər.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə