Mortaza Məhəmmədzadə: Araz çayının hər iki sahilində investisiya platformalarının yaradılması iqtisadi inkişafı sürətləndirəcək

Bakı, 29 aprel, ARHD.AZ


İranın şimal-qərb vilayətləri rəhbərlərinin Prezident Məsud Pezeşkianın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycana səfər etmələri çox əhəmiyyətlidir. Bu vilayətlər əsasən Azərbaycan ilə sərhəddə yerləşir və ticarət əlaqələrinə malikdirlər.

ARHD.AZ xəbər verir ki, bu sözləri İranın Şərqi Azərbaycan valisinin müavini Mortaza Məhəmmədzadə deyib.

O bildirib ki, ötən il İran ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 647 milyon dollar təşkil edib.

“Əvvəlki illərlə müqayisədə artım müşahidə edilib. Lakin hər iki dövlətin iqtisadi potensialı dövriyyənin artmasına imkan verir. Vilayət rəhbərlərinin səfərdə iştirakı qarşılıqlı əlaqələrin bərpasına imkan verib. Səfərin uğurla başa çatması Şərqi Azərbaycan vilayəti üçün də əhəmiyyətlidir. Araz çayının hər iki sahilində investisiya platformalarının yaradılması tərəflərin iqtisadi inkişafını sürətləndirəcək və bu perspektivdə iş yerlərinin açılması, ticarətin çiçəklənməsi, iqtisadi imkanların artması mümkün olacaq”, - deyə M.Məhəmmədzadə bildirib.

Qeyd edib ki, Azərbaycan ilə idxal-ixrac əməliyyatlarının həyata keçirilməsində sərhədyanı vilayətlərin böyük rolu var: “Prezidentin rəhbərliyi ilə Azərbaycanda səfərdə olan nümayəndə heyətinin tərkibində vilayət rəhbərlərinin olması təkcə iqtisadi deyil, eyni zamanda, mədəni və siyasi əməkdaşlıq əlaqələrinin də inkişafına geniş imkanlar açacaq”.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə