BAMF-in prezidenti: Qlobal Cənub QHT Platformasının Azərbaycanda yaradılması tarixi hadisədir

Bakı, 29 aprel, ARHD.AZ



Qlobal Cənub QHT Platformasının yaradılması və bu münasibətlə təşkil olunmuş beynəlxalq konfransın məhz Azərbaycanda keçirilməsi olduqca əlamətdar, tarixi hadisədir. Bu platforma çərçivəsində bir neçə xarici və yerli QHT arasında əməkdaşlıq memorandumları imzalanıb. Bu, vətəndaş cəmiyyəti üçün yeni imkanlar açır.

ARHD.AZ xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev söyləyib.

Umud Mirzəyev bildirib ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə ərəb platforması arasında da ilk dəfə olaraq memorandum imzalanıb. Bu, gələcəkdə ərəb ölkələri ilə əlaqələrin inkişafına təkan verəcək.

“Əvvəllər belə beynəlxalq platformalarda əsasən inkişaf etmiş ölkələrin təşkilatları təmsil olunurdu. Bu dəfə isə inkişaf etməkdə olan ölkələr də təmsil olunur. Bu, daha balanslı əməkdaşlığa imkan yaradır”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, tədbirdə 116 ölkədən nümayəndələrin iştirak etməsi gələcək əməkdaşlıqlar üçün geniş imkanlar açır.

Baxış sayı: 4 542

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə