Türkiyə Prezidenti Administrasiyası “Pakistana təyyarə ilə silah göndərilməsi” iddialarını təkzib edib

İstanbul, 28 aprel, ARHD.AZ


Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti bəzi mətbuat orqanlarında yer alan “Türkiyənin Pakistana 6 təyyarə dolusu silah göndərməsi” ilə bağlı iddiaların doğru olmadığını açıqlayıb.

ARHD.AZ xəbər verir ki, departamentin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) Türkiyədən hərəkət edən bir yük təyyarəsinin yanacaq ehtiyacı səbəbindən Pakistana endiyini və bunun ardından müəyyən olunan marşrut üzrə hərəkətinə davam etdiyini bildirib. Mərkəz səlahiyyətli şəxs və qurumların açıqlamaları xaricində yayılan spekulyativ xəbərlərə etibar olunmaması ilə bağlı xəbərdarlıq edib.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə